• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qarabağ” “Sent Etyen”dən öndə

  • İdman
  • 5 Mart 2014 12:22
  • 1 273 Baxış
“Qarabağ” “Sent Etyen”dən öndə

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Publika.az-ın məlumatına görə, 200 ən yaxşı klub arasında ölkəmizi yalnız “Qarabağ” təmsil edir.

Ağdam klubu ötən ayla müqayisədə bu dəfə 3 pillə irəliləməyə müvəffəq olub. Belə ki, keçən ay 113-cü olan “Qarabağ” hazırda 123,50 xalla 110-cu pillədə qərarlaşıb.

Bu göstərici ilə Qurban Qurbanovun yetirmələri Misirin “Əl-Əhli”, Braziliyanın “Fluminense”, Fransanın “Sent Etyen” klublarını geridə qoyub.

Siyahıda birinci yer Almaniya “Bavariya”sına məxsusdu. Münhen klubu 370 xalla birinci, Madrid “Real”ı isə 301 xalla ikinci pillədədi. Madridlilərin əzəli rəqibi “Barselona” isə 3-cü yerdə qərarlaşıb - 267 xal.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR