Azərbaycanlılar Mərakeşdə fəxri kürsüyə sahib oldular
Bizi izləyin

İdman

Azərbaycanlılar Mərakeşdə fəxri kürsüyə sahib oldular

Mərakeşin paytaxtı Rabatda cüdo üzrə “World Masters” turniri Azərbaycan üçün yadda qalan olub.

Publika.az xəbər verir ki, milli komandanın və "Neftçi İdman Klubu"nun üzvü Elmar Qasımov bu beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycanlı idmançı həlledici görüşdə çexiyalı Lukas Krpaleki məğlub edib. 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bununla da fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Xatırladaq ki, turnirin ilk günündə daha iki cüdoçumuz medal qazanıb. 60 kq çəkidə yer alan Orxan Səfərov gümüş, 73 kq çəkidə yarışan Rüstəm Orucov isə bürünc medala sahib olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm