Ançelotti getdi – “Real”ın yeni baş məşqçisi...
Bizi izləyin

İdman

Ançelotti getdi – “Real”ın yeni baş məşqçisi...

"Real" baş məşqçisi Karlo Ançelottiylə müqaviləni qarşılıqlı razılaşma əsasında pozub.

Publika.az xəbər verir ki, klub rəhbərliyi "Santyaqo Bernabeu"da keçirdikləri son iclasda italyan çalışdırıcının göndərilməsinə qərar verib. Klub prezidenti Florentino Peres özü Ançelottini qərarla tanış edib.

Ançelottinin "Kral klubu"yla 2016-cı ilin yayına kimi qüvvədə olan müqaviləsi qarşılıqlı razılaşmayla ləğv edilib.

Karlo Ançelotti 2013-cü ildən Madrid təmsilçisini çalışdırırdı. İtalyan mütəxəssis bu müddətdə bir dəfə Çempionlar Liqasını, ölkə kubokunu, Avropa superkubokunu və dünya çempionluğunu qazansa da, bu il titulsuz qalmışdı.

Madridlilər cari mövsümdə Çempionlar Liqasında yarımfinalda, İspaniya kubokunda isə 1/4 finalda mübarizəni dayandırmışdı. "Kral klubu" La Liqanı 2-ci pillədə başa vurub.

“Real”ın prezidenti Florentino Peres klubun Karlo Ançelotti ilə yolları ayırmasına münasibət bildirib. Peres italyan mütəxəssislə yolları ayırmağın “Real”a impuls verəcəyinə inandığını bildirib. O, Ançelottinin yerini tutacaq şəxsin adını açıqlamayıb. Prezident bunun növbəti həftə məlum olacağını deyib:

“Hər kəs bilir ki, belə qərar qəbul etmək çox çətin oldu. Bu, sadə qərar deyildi, klubun yaxşı gələcəyi üçün düşünülmüş addım idi. İki il ərzində klubdakı bütün şəxslər Ançelotti ilə sıx münasibətdə oldu. O, indi bizim klubun bir hissəsidir. Ancaq “Real”ın qarşısında həmişə ən yüksək hədəflər durur. Ona görə də hesab edirik ki, bu qərar “Real”a əlavə stimul verəcək. Növbəti həftə yeni baş məşqçinin adını açıqlayacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm