• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

  • İdman
  • 26 May 2015 17:03
  • 267 Baxış
Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına qatılacaq.

Publika.az xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 4 avarçəkən təmsil edəcək.

1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov mübarizə aparacaq. Yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionu ümumilikdə 20 idmançı arasından mükafatçılar sırasına çıxmağa çalışacaq. Rəqiblərdən norveçli olimpiya çempionu Olaf Tufte, çexiyalı dünya çempionu Ondrey Sinek və litvalı Avropa çempionu Mindauqas Qrişkonisi xüsusi qeyd etmək olar.

1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşdə Cavid Əfəndiyev start xəttinə çıxacaq. Burada Əfəndiyevin 17 rəqibi olacaq. Rəqiblərdən biri vaxtilə elə 25 yaşlı avarçəkənimizlə birgə 2 nəfərlik yüngül çəkili qayıqla nüfuzlu reqatalara qatılmış İqor Xmaradır. Xmara hazırda Ukraynanı təmsil edir.

Nəhayət, yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Boris Yotov İqor Luçiçlə birgə 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş edəcək. Bu qayıq tipində ümumilikdə 21 ölkənin təmsilçilər yer alacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR