“Bavariya”dan “Borussiya”ya daha bir zərbə
Bizi izləyin

İdman

“Bavariya”dan “Borussiya”ya daha bir zərbə

“Bavariya”dan “Borussiya”ya daha bir zərbə

Dortmund “Borussiya”sının ulduz futbolçusu İlkay Gündoğana təklif var.

Publika.Az-ın verdiyi xəbərə görə, türk əsilli İlkay Gündoğan ötən mövsüm göstərdiyi performansla bütün diqqətləri üzərinə çəkib.

Lakin Gündoğan bu mövsüm zədəli olduğu üçün hələ də forma geyə bilməyib.

Avqust ayında Paraqvayla hazırlıq matçında belindən zədələnən ulduz futbolçununtransferlər xəbərlərində adı tez-tez hallanır.

“Focus” jurnalı da İlkayla bağlı maraqlı iddia ortaya atıb. İddiaya görə “Bavariya” nümayəndələri 23 yaşlı oyunçunun transferi üçün “Borussiya” rəhbərliyi ilə görüşüb.

Qeyd edək ki, “Bavariya” bu mövsümün əvvəlində Dortmund təmsilçisindən Mario Qötzeni transfer

etmişdi. Robert Levandovski ilə də önümüzdəki mövsümdən qüvvəyə minəcək müqavilə imzalayıb.

İlkayın “Borussiya” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm