Bürünc medal üçün savaşanlar - ÇEMPİONAT
Bizi izləyin

İdman

Bürünc medal üçün savaşanlar - ÇEMPİONAT

Azərbaycan Premyer Liqasında 2014/15 mövsümünə yekun vurulur.

Publika.az-ın məlumatına görə, Azərbaycan çempionundan sonra bürünc medalların sahibi məlum olacaq.

XXXVI turda "Neftçi" öz meydanın AZAL-ı qəbul edəcək. Flaqmanın 3-cü yeri tutmağa nəzəri şansları qalsa da, Peşəkar Futbol Liqası bürünc medalları "Qəbələ" - "Bakı" matçına aparmağa üstünlük verib.

Gümüş mükafatçı "İnter" "Sumqayıt"ın qonağı olacaq. "Gənclik şəhəri” təmsilçisi tarixi ərzində "İnter”ə qalib gəlməyib. Onlar "bankirlər"ə indiyədək cəmi 1 qol vurub. Son iki qarşılaşmada isə qolsuz heç-heçə qeydə alınıb.

"Xəzər Lənkəran" "Simurq"la qarşılaşacaq. Lakin maddi sıxıntılar yaşayan Zaqatala təmsilçisinin bu oyunda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Azərbaycanın əməkdar məşqçisi, tanınmış mütəxəssis Ağasəlim Mircavadov başa çatan mövsümlə bağlı bu fikirləri bildirib:

“ İddialı klublar hər zaman çempionata rəng qatır. "Bakı" və "Xəzər Lənkəran" kimi klubların çempionluq iddialarının olmaması da öz sözünü dedi. "Qarabağ"a qarşı mübarizə apara biləcək komanda görmədim. Ümumiyyətlə, çempionatda gərginlik yox idi. Əvvəlki illərdə heç olmasa 4-5 klub çempionluğa iddialı olurdu. Bu mövsüm isə yalnız "Qarabağ" və "İnter" çempionluq üçün yarışırdı”.

28 may (cümə axşamı)

"Sumqayıt” – "İnter”

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Rövşən Əhmədov

"Kapital Bank Arena”, 19:00

"Neftçi” – AZAL

Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

"Bakcell Arena”, 20:00

"Qəbələ” – "Bakı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu, 20:00

"Xəzər Lənkəran”– "Simurq”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Xəzər Lənkəran” mərkəzi stadionu, 21:00

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm