"Kəpəz"i də Müşahidə Şurası idarə edəcək
Bizi izləyin

İdman

"Kəpəz"i də Müşahidə Şurası idarə edəcək

Bu gün "Kəpəz"in Müşahidə Şurasının ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

I. AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Müşahidə Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq olunsun.

1. Müzəffər Qasımov - Futbol veteranı

2. Xanlar Fətiyev - Gəncə Avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı

3. Elmir Vəliyev - "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri

4. Mikayıl Quluyev - AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, Əməkdar jurnalist

5. Sərxan Babayev - "DET-AL Alüminium" MMC-nin baş direktoru

6. Namiq Məmmədov - "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri

7. Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi

II. "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri seçilsin.

III. AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev baş məşqçi təsdiq olunsun.

IV. "Kəpəz" Peşəkar Futbol Klubunun prezidenti Mehman Allahverdiyev klubun icraçı direktoru təsdiq olunsun.

V. Yeni strukturun layihəsi hazırlansın.

"Kəpəz" növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm