Çingiz Abdullayev: “Qazzayevin “Neftçi”yə gətirilməsi xəbəri ağ yalandır”
Bizi izləyin

İdman

Çingiz Abdullayev: “Qazzayevin “Neftçi”yə gətirilməsi xəbəri ağ yalandır”

Bu yaxınlarda Bakıda qonaq olan tanınmış osetin məşqçi Valeri Qazzayevin “Neftçi”yə baş məşqçi gətirilməsiylə bağlı xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə əlaqə saxladıq.

Publika.az-a açıqlama verən görkəmli yazıçımız bu xəbərlərin ağ yalan olduğunu bildirdi:

“Bütün bu söz-söhbətlər Azərbaycan kubokunun finalı ərəfəsində gərginlik yaratmaq üçün yayılıb. Belə bir şey yoxdur. Qazzayevin “Neftçi”yə baş məşqçi gətirilməsi xəbəri ağ yalandır. Bu iddianı bizim uğurumuzu istəməyənlər ortaya atıb”.

V.Qazzayev bir müddət əvvəl Bakıda olsa da, onun gəlişinin məqsədi naməlum qalmışdı. Bəlkə də şayiələr məhz bu məqamdan qaynaqlanır.

Qeyd edək ki, Azərbaycan kubokunun final matçı iyunun 3-də keçiriləcək. Qəbələdə baş tutacaq həlledici qarşılaşmada “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm