FİFA-dan dünya çempionatı üçün 185 milyon dollar
Bizi izləyin

İdman

FİFA-dan dünya çempionatı üçün 185 milyon dollar

FİFA 2018-ci il dünya çempionatının Rusiyada təşkilinə gələn il 185 milyon dollar xərcləyəcək.

Bu barədə dünyanın ali futbol qurumunun maliyyə direktoru Markus Kattner məlumat verib:

"2016-cı ildə FİFA-nın gəlirləri 822 milyon dollar təşkil edəcək. Bunun 434 milyonu teleyayımdan, 388 milyonu marketinq sahəsindən gələcək. Sərmayələrin həcmi isə 815 milyon dollar təşkil edəcək. Bu məbləğin də 185 milyonu növbəti mundialın təşkilati işlərinə xərclənəcək".

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm