"Bütün rəqiblər bizdən qorxmalıdır" - Özil
Bizi izləyin

İdman

"Bütün rəqiblər bizdən qorxmalıdır" - Özil

İngiltərə Federasiya kubokunun finalında "Aston Villa" ilə qarşılaşacaq "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil maraqlı açıqlamaları ilə diqqət çəkib.

Britaniya mətbuatının verdiyi məlumata görə, türk əsilli alman futbolçu bütün rəqiblərinin "Arsenal"dan qorxmalı olduğunu bildirib:

"Aston Villa" ilə oyunda hər kəs bizim favorit olduğumuzu düşünür. Ancaq bu o demək deyil ki, özümüzü rəqibdən daha üstün saymalıyıq. Bəzən autsayder komandalara qarşı oynamaq daha çətin olur. Bu tip komandalar 0:3 hesabı ilə geridə olsalar da, sonadək mübarizə aparırlar. İstənilən halda bütün rəqiblər bizdən qorxmalıdır. Çünki "Arsenal" hazırda yaxşı futbol sərgiləyir".

Qeyd edək ki, bu axşam keçiriləcək "Arsenal" - "Aston Villa" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm