“Komandamız Avropa Oyunlarına ciddi hazırlaşır”
Bizi izləyin

İdman

“Komandamız Avropa Oyunlarına ciddi hazırlaşır”

Karate milli komandasının fiziki hazırlıq üzrə məşqçisi Oktay Məmmədov Avropa Oyunlarının ölkəmizdə keçirilməsini sevindirici hal kimi qiymətləndirib.

Publika.az-a danışan məşqçi komandanın fiziki hazırlığı barədə də məlumat verib:

“Karateçilərimiz hərtərəfli şəkildə hazırlaşır. İdmançılarımız həm fiziki, həm texniki, həm də taktiki məşqlər edirlər. Komandamızın fiziki durumu ürəkaçandır. Bilirsiz ki, bu il Avropa çempionatında 3 idmançımız yarışın ilk günündə finala qədər yüksəldi. Burada da 3 finaldan ikisində qalib gəldik. Ümid edirik ki, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında da bu nəticəni təkrar edəcəyik".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm