“Barselona”da ağır itki
Bizi izləyin

İdman

“Barselona”da ağır itki

“Barselona” Çempionlar Liqasının finalı öncəsi ciddi itki ilə üzləşib.

Kataloniya klubunun yarımmüdafiəçisi Andres İnyesta İspaniya kubokunun finalında “Atletik” Bilbaoya qarşı oyunda zədələnib.

31 yaşlı A. İnyesta zədələndiyinə görə matçın 55-ci dəqiqəsində Xavi ilə əvəzlənib.

O, tibbi müayinədən keçdikdən sonra yarımmüdafiəçiyə dəqiq diaqnoz qoyulacaq.

Qeyd edək ki, iyunun 6-da keçiriləcək Çempionlar Liqasının finalında "Barselona" “Yuventus”la qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm