Bu günün ən güclü triosu
Bizi izləyin

İdman

Bu günün ən güclü triosu

"Barselona"nın futbolçuları Lionel Messi, Neymar və Luis Suares birlikdə yeni rekorda imza atıblar.

Publika.az xəbər verir ki, bu trio İspaniyada ən çox qol vuran üçlük adını qazanıb.

İspaniya Kral kubokunun finalında "Atletik"lə qarşılaşan kataloniyalıların hücumçuları rəqib qapısından 3 (3:1) top keçirməklə bu rəqəmi 120-yə çatdırıblar.

Qeyd edək ki, bundan öncə həmin rekord "Real"ın futbolçuları Kriştiano Ronaldo, Kərim Benzema və Qonzalo İquayna məxsus idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm