“Portu” baş məşqçini qovdu
Bizi izləyin

İdman

“Portu” baş məşqçini qovdu

“Portu” baş məşqçini qovdu

Portuqaliyanın “Portu” komadası baş məşqçini istefaya göndərib.

Publika.az xəbər verir ki, 41 yaşlı Paulu Fonseka qeyri-qənaətbəxş nəticələrə görə postundan uzaqlaşdırılıb.

Yeni baş məşqçi təyin olunana qədər komandanı Luiş Kaştru çalışdıracaq.

O, “əjdahalar”ın əvəzedici komandasının baş məşqçisidir.

Qeyd edək ki, Fonseka “Portu”nu bu mövsümün əvvəlindən çalışdırırdı.

Komanda artıq 4 turdu ki, Portuqaliya çempionatında qələbə qazana bilmir. “Portu” liderdən 9 xal geri qalaraq, turnir cədvəlinin 3-cü pilləsində qərar tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm