FİNAL: "Qarabağ" - "Neftçi" matçı rəqəmlərin diliylə
Bizi izləyin

İdman

FİNAL: "Qarabağ" - "Neftçi" matçı rəqəmlərin diliylə

Bu həftə Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq.

Publika.az xəbər verir ki, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn "Neftçi" son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu "Qarabağ" "qızıl dubl"a imza atmağa çalışacaq.

Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək. 19 il əvvələ təsadüf edən yeganə finalda "Neftçi" qalib gəlsə də, ümumilikdə "Qarabağ" daha çox - 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt "Neftçi"nin çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, "Qarabağ" 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb. Top fərqində isə "Neftçi" üstündür.

Final iştirakçılarının kubokdakı oyunlarının balansı belədi.

Azərbaycan kuboku, final

3 iyun

"Qarabağ" - "Neftçi"

17 oyun, +7=5-5, top fərqi 12-15

1993

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 2:1, 0:0

1993/94

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) +:-, +:-*

1995/96

final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:0**

1996/97

1/4 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) 3:2, 0:1

1998/99

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 0:2, 0:0

2005/06

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) 0:0, 0:1

2006/07

1/8 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:2, 1:0

2008/09

1/4 final

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:0, 0:0

2012/13

1/2 final

Neftçi (Bakı) - Qarabağ (Ağdam) 2:1, 2:2

* - "Neftçi" çempionat və kubokda mübarizəni davam etdirməkdən imtina etdiyi üçün bu mərhələdə oynamayıb. Bu üzdən texniki nəticələr şərti olaraq yazılıb və top fərqində nəzərə alınmayıb.

** - neytral meydanda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm