İbrahimoviç Bakıda: Ova gəlib - FOTO (YENİLƏNİB)
Bizi izləyin

İdman

İbrahimoviç Bakıda: Ova gəlib - FOTO (YENİLƏNİB)

PSJ-nin və İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç dünən gecə saatlarında İstanbul aeroportunda görünüb.

Publika.az xəbər verir ki, bir xanım azarkeş futbolçu ilə İstanbul Atatürk hava limanında çəkdirdiyi şəkli sosial şəbəkədə yayımlayıb. Bundan sonra məşhur oyunçunun Türkiyə klublarından biri ilə danışıqlara gəlməsi haqda müzakirələr başlayıb.

Amma sonradan “Eurosport” kanalı İbrahimoviçin Stokholmdan Azərbaycanın paytaxtı Bakıya yola düşəcəyi, İstanbulda isə sadəcə, yolüstü olduğunu yazıb.

Qeyd edək ki, artıq Türkiyənin bir çox media orqanı İbrahimoviçin İstanbuldan Bakıya getdiyini yazıb. Lakin səfərin hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib. Onun Bakıya Birinci Avropa Oyunlarına görə "Bakı-2015"-in Əlaqələndirmə Komitəsinin dəvəti əsasında gəldiyi istisna edilmir.

Bu gün isə İbrahimoviçin Vüqar Həsənov adlı azarkeşlə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fotosu yayılıb. Deyilənə görə, İbranın səfərinin məqsədi ov etməkdir. Zlatanın ov həvəskarı olduğu məlumdur. O, bir müddət əvvəl ölkəsində istirahət zamanı ova çıxmış və çəkisi 500 kq olan vəhşi maral vurmuşdu. Onun bu hərəkəti isə heyvan hüquqlarını qoruyan şəxslər tərəfindən narazılıqla qarşılanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm