Azarkeş belə olar - Finalı izləmək üçün 1100 km velosiped sürəcək
Bizi izləyin

İdman

Azarkeş belə olar - Finalı izləmək üçün 1100 km velosiped sürəcək

Dünyada azarkeşlər var ki, sevimli klubları üçün hər cür əziyyətə qatlaşmağa hazırdırlar. Bunların arasında sadə insanlarla yanaşı məşhurlar da var.

Publika.az xəbər verir ki, tanınmış veloyürüşçü Nikolo De Marko Çempionlar Liqasının Berlində keçiriləcək final matçını izləmək üçün velosipedlə 1100 km yol qət edəcək. O, Yuventus azarkeşı kimi də tanınır.

Məsələ isə belə olub. “Real”la yarımfinal oyunları ərəfəsində azarkeşlər arasında belə bir sorğu keçirilib: “Real” üzərində qələbəyə görə nələrdən keçə bilərsiz”.

“Yuve” fanatı olan Nikolo da buna cavab olaraq, Berlinə piyada gedəcəyinə söz verib. Bəlkə də, bunu çoxları ciddiyə almazdı. Amma iş-işdən keçəndən sonra “Yuventus”dan gələn rəsmi məktub hamını təəccübləndirib: “İndi piyada getmək gecdir. Bəlkə, Berlinə velosipedlə gedəsən?”

Dərhal sevimli klubuna cavab yazan De Marko “final oyununa biletimi alsaz, sabah yola çıxaram”, - deyə bildirib. Turin klubu da razılaşıb.

Start nöqtəsi “Yuventus Stedium” olub. Ümumilikdə, italyan veloyürüşçü 1100 km yol qət etməlidir. Berlinə çatana qədər o, İsveçrə, Lixtenşteyn və Almaniyada 8 dəfə dayanacaq. Nikolonun Almaniya paytaxtına iyunun 4-də - finala iki gün qalmış çatacağı ehtimal edilir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm