Millimiz Avstriyaya yollanır
Bizi izləyin

İdman

Millimiz Avstriyaya yollanır

Bu gün futbol üzrə millimiz Avstriyanın paytaxtı Vyanaya təlim-məşq toplanışına yola düşəcək.

Publika.az-ın məlumatına görə, toplanış çərçivəsində Robert Prosineçkinin komandası Serbiya ilə yoldaşlıq oyunu keçirəcək.

Milliyə dəvət alan "Neftçi" və "Qarabağ" oyunçuları toplanışa iki klub arasında iyunun 3-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra qoşulacaq.

Qeyd edək ki, millimiz iyunun 7-də Avstriyanın Pölten şəhərindəki NV Arena-da Serbiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. İyunun 12-də millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm