• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millimiz 2014-ə qələbə ilə başladı: 1-0

  • İdman
  • 5 Mart 2014 21:32
  • 758 Baxış
Millimiz 2014-ə qələbə ilə başladı: 1-0

Bu gün Azərbaycan milli komandası 2014-cü ildə ilk yoxlama oyununu keçirəcək. Fanat.az xəbər verir ki, Berti Foqtsun başçılıq etdiyi komandamızın rəqibi Filippin olacaq.

Qarşılaşma millimizin təlim-məşq toplanışında olduğa Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Əl-Şabab" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Matçı Fahad Abdalla Ahmad Alkassar Banihammadin başçılıq etdiyi yerli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimi Asiya təmsilçisi ilə tarixində ilk dəfə qarşılaşacaq. Filippin FIFA-nın son reytinq cədvəlində 219 xalla 127-ci yeri tutub. Millimiz isə 372 xalla 93-cü pillədə qərarlaşıb. Bu komandamızın tarixində 204-cü qarşılaşma olacaq.

Millimizlə oyun üçün Filippin yığmasının baş məşqçisi Tomas Duli heyətə 21 futbolçu cəlb edib. Onlardan 6-si legioner həyatı yaşayır. Belə ki, yığmamızla oyunda Almaniyanın "Ayntraxt" (Ayntarxt, Frankfurt), İspaniyanın "Burqos", İngiltərənin "Askot Yunayted", Danimarkanın "Esbyerq", İsveçrənin "Vil 1900" və Taylandın "Buriram Yunayted" klublarının üzvləri oynaya bilər.

Dubay

Yoldaşlıq oyunu

5 mart

Azərbaycan - Filippin 1:0

Qol: Elvin Yunuszadə, 26.

27. Araz Abdullayev, 66)

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Rəşad Sadiqov, 24. Abdulla Abatsiyev.

Baş məşqçi: Berti Foqts.

Filippin: Patrik Deyto, Simon Rota (

Anton del Rosario, 70)

, Rob Qier, Xuan Quirado, Ceffri Kristian, Stefan Şrok, Cerri Lusena (

Kris Qreatviç, 55)

, Martin Steubl, Misaq Bahadoran, Fil Yanqhazband, Xavyer Patino.

Ehtiyat oyunçular: Mark Hartmann, OJ Porteriya, Ceyson de Yonq, Amani Aquynaldo, Patrik Reyçelt, Kenşiro Daniels, Ruben Doktora.

Baş məşqçi: Tomas Duli.

Sarı vərəqələr:

Qara Qarayev,

Vaqif Cavadov,

Rüfət Dadaşov,

Elnur Allahverdiyev,

Rauf Əliyev

-

Martin Steubl,

Simon Rota.

Hakimlər: Fahad Abdalla Ahmad Alkassar Banihammad, Ahmed Saeed Ahmed Alasal Alrashadi, Jasem Abdulla Yousef Abdulla Al Ali, Hamad Ahmad Abdulla Alshaikh Hashmi (BƏƏ).

Dubay. "Əl-Şabab" stadionu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR