“Qəbələ” Ərzurumdan başlayacaq
Bizi izləyin

İdman

“Qəbələ” Ərzurumdan başlayacaq

“Qəbələ”nin 2015/16 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Publika.az xəbər verir ki, ardıcıl 2-ci dəfə Avropa Liqasında çıxış edəcək “Qırmızı-qaralar” qitəmiqyaslı turnirə hazırlıq məqsədilə 2 təlim-məşq toplanışı keçirəcək.

Roman Qriqorçukun yetirmələri hazırlığın ilk mərhələsini Türkiyədə gerçəkləşdirəcək. Ərzurumda baş tutacaq toplanış iyunun 10-da start götürəcək. Ayın 19-dək davam edəcək hazırlıq çərçivəsində yoxlama oyunlarının keçirilməsi də nəzərdə tutulub. İyunun 21-30-da isə ikinci təlim-məşq toplanışı keçiriləcək. Komandamız avrokuboklara hazırlığını Qəbələdə tamamlayacaq.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Yarışın ilk iki mərhələsinin püşkü iyunun 22-də atılacaq. “Qırmızı-qaralar”ın ilk oyunu iyulun 2-də, cavab matçı iyulun 9-da baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm