Vəziyyət belə olar - Ərəb Parisə gəlsə...
Bizi izləyin

İdman

Vəziyyət belə olar - Ərəb Parisə gəlsə...

Dünya futbolunda oyunçulara verilən məvacib ildən-ilə artır. Varlı klublar istedadlı futbolçuları ilk növbədə ağlasığmaz məvaciblə şirnikləndirirlər. İndi futbolda maliyyə “feyr-pley”i tətbiq olunsa da, futbolçular yenə də ən çox məvacib alanlar sırasındadırlar. Bəs Avropa futbolunda oyunçulara ən çox məvacib verən klublar hansılardır.

Publika.az orta hesabla futbolçulara ən çox məvacib verən 10 Avropa klubunu təqdim edir.

10. “Yuventus” - 76517 avro (orta hesabla hər futbolçunun həftəlik məvacibi)

Siyahının onuncu pilləsində uzun fasilədən sonra Avropa futbolunun elitasına qayıdan “Yuventus” qərarlaşıb. “Qoca Sinyora” futbolçularına həftə ərzində orta hesabla 77 min avro ödəyir. Daha dəqiq desək, 76,517 avro. Argentinalı Karlos Teves isə ən çox məvacib alan futbolçudu. Onun illik qazancı 5 milyon avro təşkil edir.

9. “Liverpul” – 93912 avro

“Liverpul” bu göstəricidə İngiltərənin top-klublarının hamısından geri qalır. Görünür, elə buna görə də bir çox istedadlı futbolçular “Liverpul”dan getmək niyyətindədir. Məsələn, Rahim Sterlinq kimi.

8. “Arsenal” - 108493 avro

“Topçular”ın heyətində çıxış edən futbolçuların məvacibi demək olar ki, hər il artır. “Arsenal”da ən çox qazanan futbolçu Aleksis Sançesdir - həftəyə 210 min avro.

7. “Çelsi” - 116495 avro

“Çelsi” nə qədər varlı klub olsa da, Avropada heç top-5-ə də daxil ola bilmir. Roman Abramoviç futbolçulara həftədə orta hesabla təxminən 117 min avro ödəyir.

6. “Bavariya” - 119587 avro

Münhen nəhəngi nə qədər iddialı olsa da, bir o qədər də alman qənaətcilliyi ilə seçilir. “Bavariya”nın heyətində futbolçular orta hesabla 120 min avro qazanır. Ən çox məbacibi isə Riberi və Robben alır - 230 min avro.

5. “Mançester Yunayted” - 125227 avro

“Qırmızı şeytanlar” Aleks Ferqyusonun gedişindən sonra elə də ciddi uğur qazana bilməsə də, futbolçuları kifayət qədər yüksək məvacib alır. Etiraf edək ki, belə nəticələrə imza atan futbolçuların həftədə təxminən 125 min avro qazanması pis deyil.

4. “Barselona” - 126183 avro

“Barselona”nın futbolçuları “Mançester Yunayted”in oyunçularından həftədə təxminən 1000 avro çox qazanırlar. Amma nəticələr tam fərqlidir. Heç şübhəsiz ki, “Barsa”da ən çox qazanan Lionel Messidir - həftəyə 406 min avro.

3. “Mançester Siti” - 134212 avro

2013-cü ildə “Şəhərlilər” bu siyahıda ilk pillədə qərarlaşmışdı. Serxio Aquero və Yaya Ture komandada ən çox qazanan futbolçulardır.

2. “Real” - 134892 avro

Bu qədər məvacib ödəyən rəhbərliyin yüksək nəticə tələb etmək haqqıdır. Amma “Real” rəhbərliyi hər şeyin də pulla həll olunmadığını anlamalıdır. Heç şübhəsiz ki, “Kral klubu”nda ən çox məvacib alan Kriştiano Ronaldodur.

1. PSJ - 142569 avro

Pulun hər şeyi həll etmədiyini sübut edən daha bir nümunə. Avropada futbolçulara ən çox məvacib ödəyən klub PSJ-dir. “Qatar Sports Investments”in Parisə gəlişindən sonra durum belədir. Amma hələ ki, Avropada titul qazanmaq mümkün olmur. PSJ-nin təsəllisi Fransada hamıdan güclü olmaqdır. Parislilərin heyətində ən çox qazanan futbolçu isə İbrahimoviçdir - həftəyə 306 min avro.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm