• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İbrahimoviç məqsədini açıqladı: "Azərbaycana..." – FOTO

  • İdman
  • 2 İyun 2015 16:38
  • 1 556 Baxış
İbrahimoviç məqsədini açıqladı: "Azərbaycana..." – FOTO

İki gündür azərbaycanlı futbolsevərlər çaşqınlıq içindədirlər. Dünya şöhrətli futbolçu Zlatan İbrahimoviçin Bakıya gəlmə xəbəri hamını təəccübləndirdi. Bu adam bura niyə gəlsin ki? Avropa Oyunlarına tamaşa edəcəksə, hələ yarışların başlamasına bir neçə gün var. Futbolla bağlı versiya heç ağlabatan deyil. Bəs niyə?

Bəziləri onun ov həvəskarı olduğunu əsas gətirərək, bu məqsədə inandı. Nəhayət, dəvət sahibi açıqlama verdi ki, İbranı istirahət üçün çağırıb. Sabiq qaydasız döyüşçü Faiq Babanlı isveçli dostunu Azərbaycanla tanış etmək üçün dəvət edib. Bu versiya daha inandırıcı səslənir. Onun ölkəmizin hansısa füsunkar guşəsində dincəldiyini sosial şəbəkədə paylaşılan şəkildən də görmək mümkündür.

Böyük ehtimalla Zlatan Azərbaycan kababının dadına baxıb, “Sirab”ımızdan da içib (Foto Futbolinfo.az-a məxsusdur).

Zlatan İbrahimoviç səfərin səbəbini Türkiyənin “Milliyet” qəzetinə açıqlayıb.

O, “Qalatasaray”a transfer olub-olmayacağına da aydınlıq gətirib: “Geridə qalan mövsüm bizim üçün uğurlu oldu. Hələlik gələcək karyeramla bağlı hər hansı plan qurmamışam. “Qalatasaray”a tranfser olmayacam. İstanbula sadəcə, Bakıya getmək üçün gəlmişəm. Azərbaycanı qolf oynamaq üçün seçdim”.

Qeyd edək ki, İbrahimoviç ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə gəlib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR