Final oyununu FİFA referiləri idarə edəcək
Bizi izləyin

İdman

Final oyununu FİFA referiləri idarə edəcək

Sabah Qəbələdə keçiriləcək "Neftçi" və "Qarabağ" arasında Azərbaycan Kubokunun final matçına FİFA referiləri təyinat alıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Xəzər" TV-də yayımlanan "Futbol saatı"na açıqlama verib.

Lakin o, Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədovdan hansının baş hakim, hansının ehtiyat, hansının isə əlavə köməkçi hakim olacağını deməyib. Görüşü 6 hakimin idarə edəcəyini söyləyən Məmmədov təyinatların oyun günü müəyyənləşəcəyini açıqlayıb.

Qeyd edək ki, iyunun 6-da Qəbələ şəhər stadionunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm