Türkiyədə final həyəcanı
Bizi izləyin

İdman

Türkiyədə final həyəcanı

Bu gün 2014/15 mövsümündə Türkiyə kubokunun qalibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, sayca 53-cü dəfə keçirilən turnirin həlledici görüşündə ölkə çempionu “Qalatasaray”la “Bursaspor” üz-üzə gələcək. Qarşılaşmanın Bursada keçirilməsi “Ağ-yaşıllar” üçün üstünlük yarada bilər. Şenol Günəşin rəhbərlik etdiyi komanda heç də pis mövsüm keçirməyib. Komanda Superliqadan Avropa Liqasına vəsiqə də qazanıb. Bu vaxta qədər 5 dəfə final oyununda iştirakçı olan bursalılar bunlardan yalnız birində qələbə qazana biliblər.

Cari mövsümün çempionu “Qalatasaray” isə “qızıl dubl” etmək niyyətindədir. Komandada daxili əhval-ruhiyyə yüksək səviyyədədir. Bu məqam onları növbəti uğura daha da yaxınlaşdırır.

“Aslanlar” “Timsahlar”a nisbətən daha çox final həyəcanı yaşayıblar. 20 dəfə həlledici görüşdə iştirak edən “Sarı-qırmızılar” 15 dəfə baş mükafata sahib çıxıblar.

Türkiyə kuboku. Final

3 iyun

22:30 Qalatasaray – Bursaspor

Bursa Atatürk stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm