“Qarabağ” – “Neftçi” finalını kim idarə edəcək? - Açıqlandı
Bizi izləyin

İdman

“Qarabağ” – “Neftçi” finalını kim idarə edəcək? - Açıqlandı

Bu gün Ağdamın "Qarabağ" və Bakının "Neftçi" komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyunu üçün bütün təyinatlar açıqlanıb.

Publika.az xəbər verir ki, oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək. Ona Yaşar Abbasovla Rza Məmmədov yan xətt, Orxan Məmmədov ehtiyat, Əliyar Ağayevlə Elvin Əsgərov isə əlavə köməkçi hakimlər qismində yardımçı olacaqlar.

AFFA nümayəndəsi Oqtay Abdullayev, hakim-inspektor Ramiz Mustafayev olacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm