Dormundda yeni dönəm başladı – TƏQDİMAT
Bizi izləyin

İdman

Dormundda yeni dönəm başladı – TƏQDİMAT

Almaniyanın ən nüfuzlu iki klubundan biri olan Dortmund “Borussiya”sı yeni dönəmə qədəm qoyur.

Publika.az xəbər verir ki, sabiq baş məşqçi Yürgen Kloppun yerinə təyin olunan Tomas Tuxel bu gün ictimaiyyətə təqdim olunub. Klubun idman direktoru Mihael Tsorkla birlikdə mətbuat konfransında iştirak edən yeni çalışdırıcı ilk təəssüratlarını bölüşüb:

“Böyük komanda çalışdırmaq xəyalım idi. Burada bu gün işə başladığım üçün çox xoşbəxtəm. Klopp “Borussiya” üçün sadəcə bir məşqçi deyildi. Onun uğurlarını təqdir edirəm. Heyətlə bağlı davamlı müzakirələr edirik. Mükəmməl bir heyətimiz var. Hələ ki, transfer tələbim yoxdur. “Borussiya” öz üslubunu yaratmış bir komandadır. Bütün oyunçularla çalışmaq və onları tanımaq istəyirəm”.

Klubun idman direktoru Maykl Tsork isə Tuxellə uzun müddətdir maraqlandıqlarını dilə gətirib:

"İlk dəfə ona 2009-cu ildə maraq göstərməyə başladıq. Düşünürük ki, məntiqli bir seçim etdik. Futbolun necə oynanması lazım olduğunu yaxşı bilən mütəxəssisdir".

Xatırladaq ki, 41 yaşlı Tuxel Bundesliqada buna qədər yalnız bir klubu çalışdırıb. “Maynts”da işlədiyi 5 il ərzində döyüşkən kollektiv yaratmağı bacaran alman məşqçi hücum futboluna üstünlük verən biridir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm