Muarem "Qarabağ"dan ayrılır – “Əskişəhərspor”a gedir
Bizi izləyin

İdman

Muarem "Qarabağ"dan ayrılır – “Əskişəhərspor”a gedir

Azərbaycan çempionatında oynamış ən yaxşı legionerlərdən sayılan Muarem Muarem şərəfini qoruduğu "Qarabağ"la vidalaşır.

Publika.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gəldikləri maçtdan (3:1) sonra jurnalistlərə bildirib.

O deyib ki, makedoniyalı oyunçu sabah Türkiyəyə gedəcək və "Əskişəhərspor"la müqavilə imzalayacaq:

"Ona uğurlar arzulayıram. Muarem olduqca peşəkar, insani və futbolçu kimi dəyərləri yüksək biridir. Onun kimi futbolçu hər məşqçinin əlinə düşmür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm