Hakimiyyət federasiyanın işinə müdaxilə etdi, FİFA qovdu
Bizi izləyin

İdman

Hakimiyyət federasiyanın işinə müdaxilə etdi, FİFA qovdu

FİFA İndoneziyanı ağır cəzaya məruz qoyub.

Publika.az xəbər verir ki, ali futbol qurumu İndoneziyanı DÇ-2018-in və 2019-cu ildə keçiriləcək Asiya çempionatının seçmə mərhələsindən uzaqlaşdırıb. Bu barədə məlumatı FİFA-nın rəsmi saytı yayıb. Qərar FİFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

FİFA belə qərarı İndoneziya hakimiyyətinin futbol federasiyasının işinə müdaxilə etdiyi üçün qəbul edib. İndoneziyanın idman nazirliyi ilə futbol federasiyası arasında münaqişə yaşanırdı. FİFA bununla bağlı İndoneziya hakimiyyətinə xəbərdarlıq etsə də, problem həll olunmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm