FIFA-nın yeni reytinqi – Millimiz irəlilədi
Bizi izləyin

İdman

FIFA-nın yeni reytinqi – Millimiz irəlilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Planetin 209 yığmasının yer alacağı cədvəldə ciddi dəyişikliklər baş verib.

Publika.az mayın 7-də açıqlanan cədvəldən sonrakı 28 gün müddətində heç bir oyun keçirməyən Azərbaycan millisinin də mövqeyində dəyişiklik olub. Belə ki, son rəsmi cədvəldə hesabında 272 xal olan komandamız 115-ci pillədə qərarlaşıb. Ötən ayla müqayisədə 8 xal qazanan yığmamız 1 pillə irəliləyib.

“İlk onluq”da 2 dəyişiklik diqqət çəkir. Argentinanı geridə qoyaraq, 2-ci yerə yüksələn Belçika tarixinin ən yüksək nəticəsinə nail olub. 2 pillə irəliləyib “onluğ”a daxil olan Fransa eyni qədər geriləyən İsveçrəni ən güclülər sırasından kənarlaşdırıb.

Millimizin AÇ-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliyanın mövqeyi təxmini cədvəldə dəyişməz qalıb. Xorvatiya 1 pillə geriləyibsə, Norveç 6, Bolqarıstan 5, Malta 4 pillə “artırıb”.

İlk “onluq”

1 (1). Almaniya - 1775

2 (3). Belçika - 1509

3 (2). Argentina - 1496

4 (4). Kolumbiya - 1435

5 (5). Braziliya - 1392

6 (6). Hollandiya - 1378

7 (7). Portuqaliya - 1229

8 (8). Uruqvay - 1183

9 (11). Fransa - 1164

10 (10). İspaniya - 1147

Millimiz və “qonşuları”

110 (94). Benin - 289

111 (104). Botsvana - 285

112 (110). Sent-Vinsent və Qrenadin - 279

113 (149). Madaqaskar - 278

112 (112). Sent-Kitts və Nevis - 275

115 (116). AZƏRBAYCAN - 272

116 (118). Dominikan Respublikası - 256

117 (119). Niger - 251

118 (141). Fələstin - 242

119 (123). Zimbabve - 236

119 (112). Liviya - 238

AÇ-2016-dakı rəqiblərimiz

13 (13). İtaliya - 1101

18 (17). Xorvatiya - 992

62 (67). Bolqarıstan - 537

64 (70). Norveç - 528

145 (149). Malta - 154

Oxumağa davam et
Reklam
Reklam

Gündəm