“Qoca Sinyora”nın “bel sümüyü” zədələndi
Bizi izləyin

İdman

“Qoca Sinyora”nın “bel sümüyü” zədələndi

"Yuventus"un futbolçusu Corco Kyellini Çempionlar Liqasında "Barselona" ilə final matçı öncəsi zədələnib.

Publika.az xəbər verir ki, 31 yaşlı müdafiəçi son məşqlərdən birində baldır əzələsindən xəsarət alıb. Nəticədə Kyellini məşqi vaxtından əvvəl tərk edib. Futbolçu bu gün tibbi müayinədən keçəcək. Bununla yanaşı, Andrea Bartsalyinin kollektiv məşqlərə qoşulduğu açıqlanıb.

Qeyd edək ki, "Yuventus" və "Barselona" arasındakı final matçı iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiastadion"da olacaq. Corco Kyellini bu mövsüm Çempionlar Liqasında 12 oyunu əvəzlənmədən keçirib və 3 sarı vərəqə alıb. O, “Qoca Sinyora”nın müdafiə xəttinin “bel sümüyü” sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm