"Xəzər Lənkəran"da yeni baş məşqçi
Bizi izləyin

İdman

"Xəzər Lənkəran"da yeni baş məşqçi

Başa çatan mövsümdə uğursuz çıxış edən "Xəzər Lənkəran" baş məşqçi postunda dəyişiklik edib.

Publika.az xəbər verir ki, "Ağ-yaşıllar" "sükan"ı klubun idman direktoru Yunis Hüseynova təhvil verib. "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da Hüseynovun baş məşqçi təyin olunması xəbərini təsdiqləyib.

Baş məşqçi postundan uzaqlaşdırılan Elbrus Məmmədov isə əvvəlki işinə - "Xəzər Lənkəran"ın əvəzedici komandasına qayıdıb.

Hüseynov 2012-ci ildə də "Xəzər Lənkəran"ın "sükanı arxasında" olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm