Dünyanın Messisi, Ronaldosu, bizim də Reynaldomuz var – VİDEO
Bizi izləyin

İdman

Dünyanın Messisi, Ronaldosu, bizim də Reynaldomuz var – VİDEO

Azərbaycan Kubokunun final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" (3:1) matçında azarkeşlər 4 qol izlədi. Oyunun əsas qəhrəmanlarından olan Ağdam klubunun hücumçusu Reynaldo Qəbələdə də diqqət mərkəzində oldu.

2 qol və 1 məhsuldar ötürməylə yadda qalan braziliyalı forvard oyunun sonlarında tribunaları coşdurmağı bacarıb. Uzaq məsafədən ötürülən topu sinəsiylə qəbul edən Reynaldo çiləyə-çiləyə rəqibin cərimə meydançasına daxil olsa da, “Neftçi”nin müdafiəçiləri ona zərbə durmaq imkanı verməyiblər. Amma həmin görüntüləri dəfələrlə izləməyə dəyər.

Publika.az Reynaldonun topla əsrarəngiz davranışını əks etdirən videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm