“Göztəpə” “Qarabağ”ın futbolçusuna 250 min avro təklif etdi
Bizi izləyin

İdman

“Göztəpə” “Qarabağ”ın futbolçusuna 250 min avro təklif etdi

Cari mövsümün yekunlarına əsasən Türkiyə I Liqasına vəsiqə qazanan "Göztəpə" klubunun rəhbərliyi "Qarabağ"ın futbolçusu Leroy Corcu transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə danışıqlar aktivləşdirilib. Corc "Göztəpə"dən ilinə 400 min avro istəyib. İzmir klubu isə ona 275 min avro təklif edib. Hələlik tərəflər arasında anlaşma əldə olunmayıb. Bu xəbəri Türkiyə mətbuatı yayıb.

Qeyd edək ki, "Qarabağ"ın heyətində Azərbaycan çempionluğu və ölkə kubokunu qazanmış Leroy Corcla müqavilə artıq başa çatıb. Hələlik onun Ağdam klubundakı taleyinə aydınlıq gəlməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm