ABŞ Blatteri nəyə görə cəzalandırıb? - Putinin FİFA-ya verdiyi inanılmaz vədlər
Bizi izləyin

İdman

ABŞ Blatteri nəyə görə cəzalandırıb? - Putinin FİFA-ya verdiyi inanılmaz vədlər

FİFA-da aparılan əməliyyatlar dünya mətbuatının gündəmindən düşmür. Hər gün bir-birindən təzadlı və sensasiyalı xəbərlər FİFA ətrafında baş verənləri daha da gərginləşdirir. Dünya mətbuatında yer alan yazılarda ABŞ-ın FİFA-ya qarşı apardığı əməliyyatlarda həm də Rusiyanın hədəfə alındığı vurğulanır.

FİFA ilə Rusiya münasibətlərinə həsr olunmuş yazılar da mətbuatın əsas xəttini tutur. “Forbes.ru” saytında Putinin FİFA məmurlarına etdiyi güzəştlər və verdiyi vədlərlə bağlı yazı dərc olunub. Yazıda bir sıra maraqlı faktlar aşkarlanıb. Publika.az həmin yazını qısa ixtisarla dərc edir:

“Avropa və ya ABŞ FİFA-ya nə təklif edə bilər? Demək olar ki, heç nə. Orada çox sərt bank, maliyyə, vergi tənzimlənməsi qaydaları mövcuddur. Əlbəttə, Avropa və ABŞ-da da hökumət futbolu sevir. Ancaq onlar şalvarlarının əyinlərindən çıxarılması hesabına mundiala ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparmırlar. Amma digər qütbdə üçüncü dünya var. Orda heç bir xüsusi qaydalar yoxdur, qanunlar hər fürsətdə pozulur. Amma onlar da futbolu sevirlər. Çünki onların seçiciləri futbolu sevirlər. Onlara bayram təşkil etmək üçün FİFA-ya normal dövlətlərin ağlına gəlməyəcək imtiyazlar verməyə hazırdılar.

Rusiya da belə addım atdı. Putin Blatterə elə vədlər verdi ki, onu indiyə qədər heç kim verməmişdi. Hətta bu vədləri dövlət təminatı formasına da saldı və onu imzaladı. Bu vədlər 2018-ci il mundialına ev sahibliyi etmək üçün namizədliyini irəli sürən Rusiyanın sifariş kitabının bir hissəsi oldu.

FİFA-nın nə qədər ehtiraslı bir qurum olduğunu anlamaq üçün Putinin imzaladığı zəmanət sənədini diqqətlə oxumaq lazımdır. Zəmanət nömrə beş: “FİFA əməkdaşları üçün istənilən məbləğdə xarici valyutanı gömrük bəyannaməsi olmadan ölkədən idxal və ixrac etməyə heç məhdudiyyət yoxdur”.

“Kommersiya hüquqlarının qorunması və həyata keçirilməsi” ilə bağlı verilən zəmanətdə göstərilir ki, FİFA Rusiya qanunlarını pozaraq, oyunlar və teletransliyasiyalar zamanı spirtli içkilərin reklamı ilə məğul ola bilər.

Zəmanətin “Vergilərdən azad edilməsi” bəndi FİFA-ya imkan verir ki, dünya çempionatının təşkiliylə bağlı qurumun əməkdaşlıq etdiyi kompaniyalar və şəxslər bütün vergilərdən və aksiz ödəmələrindən azad olsunlar.

FİFA-ya və onun “övlad”larına bu qədər güzəştlər nəyə görə nəzərdə tutulub? Məsələ aydındır: FİFA məmurları Rusiyada öz bizneslərini qurmağa çalışırdılar. Onlar vergilərin olmadığı, aksiz dəyərlərinin ödənilmədiyi mühitdə hər şey qurmağa hazırlaşırdılar: spirtli içkilərdən tutmuş, avtomobillərin satışına qədər.

Belə çıxır ki, əslində ABŞ Blatteri korrupsiya əməllərinə görə yox, Rusiya ilə əməkdaşlıq etdiyinə görə cəzalandırır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm