"Yuve" final ərəfəsində 32 milyon avro xərcə düşdü
Bizi izləyin

İdman

"Yuve" final ərəfəsində 32 milyon avro xərcə düşdü

Sabah Çempionlar Liqasının final matçında “Barselona ilə üz-üzə gələcək “Yuventus” yeni mövsüm üçün ilk səs-küylü transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, geridə qalan mövsümdə sərgilədiyi oyunla diqqət çəkən "Palermo"nun argentinalı futbolçusu Paolo Dibala "Yuventus"la 5 illik müqavilə bağlayıb.

İtaliya mətbuatı bu transferin "Qoca Sinyora"ya 32 milyon avroya başa gəldiyini yazıb. Müqaviləyə əsasən, Turin klubu 21 yaşlı futbolçunun çıxışına uyğun olaraq, onun sabiq komandasına daha 8 milyon avro ödəyə bilər.

Dibala son mövsümdə "Palermo"nun heyətində keçirdiyi 34 oyunda 13 qola imza atıb. Forvardın "Yuventus"la anlaşması klubun daha bir argentinalısı - KarlosTevesin Turini tərk edəcəyilə bağlı iddiaları daha da gücləndirib. Belə ki, PSJ Tevesə illik 12 milyon avro müqavilə təklif edib. Karlosun 31 yaşı olduğunu nəzərə alsaq, onun bu təklifə yox deyəcəyi inandırıcı görünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm