Komitə rəhbəri idmançılarla görüşdü – FOTOLAR
Bizi izləyin

İdman

Komitə rəhbəri idmançılarla görüşdü – FOTOLAR

Paralimpiyacılar 2016 Rio-de-Janeyro Paralimpiya Oyunlarına hazırlaşırlar.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 2016 Rio-de-Janeyro Paralimpiya Oyunlarına hazırlıqla bağlı Komitənin ofisində paralimpiyaçılarla görüş kecirib.

Görüşdə idmançıların təlim məşq topantılarında iştirakları, beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər və onların qarşısına çıxan problemlər genış müzakırə edilib. İ.Rəhimov müzakirə edilmiş məsələlər barədə Komitənin işçilərinə də müvafiq tapşırıqlar verib.

Komitə rəhbəri bildirib ki, Paralimpiya Oyunlarında iştirak etmək potensialı olan hər bir idmançı ilə belə görüşlərin keçirilməsi davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm