Məşhur futbolçunun əmlakına həbs qoyuldu
Bizi izləyin

İdman

Məşhur futbolçunun əmlakına həbs qoyuldu

Məhkəmə "Zenit"in oyunçusu Andrey Arşavinin əmlakına həbs qoyub.

Publika.az xəbər verir ki, bu qərarı Sankt-Peterburqun Vıborq rayon məhkəməsi verib. Məhkəmə "Sberbank"ın iddiası əsasında belə qərar çıxarıb. Federal Xidmətin məhkəmə icraçıları məlumatı təsdiqləyiblər.

Arşavinin əmlakına Pyotr Tinqayevə məxsus avtosalonun borcuna görə həbs qoyulub. Futbolçu Tinqayevlə şərikli biznesə sahibdir. Arşavin 2009-cu ildə bu şirkətin həmtəsisçisi olmaqla yanaşı, ona zamin də durub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm