İdman ahıl adamlara necə kömək edir?
Bizi izləyin

İdman

İdman ahıl adamlara necə kömək edir?

Pensiyaya çıxmaq müxtəlif cür qəbul edilir. Kimi həyatında baş verən bu dəyişikliyə sevinir, kimi isə depressiyaya düşür və özünü uzun illər boyu adət etdiyi işdən kənarda təsəvvür edə bilmir.

Hyuston Universitetinin mütəxəssisləri 250 pensiyaçı haqqında məlumat toplayaraq sübut ediblər ki, idman yaşlı insanların yeni həyat şəraitinə uyğunlaşmasına kömək göstərir.

Ünsiyyət ahıllar üçün vacibdir. Bir çox pensiyaçılar təsdiqləyirlər ki, idman onlarda vəziyyətə nəzarət hissini gücləndirib, özünə inamı artırıb. Fəal həyat tərzi onların səhhətinə müsbət təsir göstərib.

Florida Universitetinin alimləri başqa bir tədqiqat əsasında müəyyən ediblər ki, yaşlı insanların bir dəqiqə fiziki hərəkət etməsi belə onların ömrünü uzadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm