Braziliyadan qələbə, Fransa “İblislər”ə boyun əydi
Bizi izləyin

İdman

Braziliyadan qələbə, Fransa “İblislər”ə boyun əydi

Dünyanın yaşıl meydanlarında bir neçə yoldaşlıq oyunları keçirilib.

Publika.az xəbər verir ki, millimizlə yanaşı, daha bir neçə yığma yoxlama oyununda qüvvəsini sınayıb.

İngiltərə İrlandiya ilə qarşılaşıb. Bu oyunda tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. Digər oyunda Rusiya Belarusla qarşılaşıb və rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Gecə saatlarında Fransa Belçikanı sınağa çəkib. Bolqollu keçən görüşdə sevinən tərəf belçikalılar olub - 4:3. Braziliya isə Meksika ilə üz-üzə gəlib. İlk hissədə iki qol vuran Braziliya rəqibini 2:0 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunları

İrlandiya - İngiltərə 0:0

Rusiya - Belarus 4:2

Kokorin, 20. Qolovin, 77. Mirançuk, 83. Kerjakov, 90+2 - Kislyak, 52; 66.

Xorvatiya - Cəbəllütariq 4:0

Şarbini, 7. Kovaçiç, 15. Mancukiç, 53-p. Kramarik, 77.

Fransa - Belçika 3:4

Valbuena, 53-p. Fekir, 89. Payet, 90+1 - Fellaini, 18; 43. Nainqolan, 50. Hazard, 54-p.

Braziliya - Meksika 2:0

Koutinyo, 29. Tardelli, 37.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm