"Qarabağ" 4 futbolçu ilə danışıqlara başladı
Bizi izləyin

İdman

"Qarabağ" 4 futbolçu ilə danışıqlara başladı

Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” növbəti mövsüm üçün heyətini komplektləşdirməyi planlaşdırır.

Publika.az Sportal.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov müqaviləsi bitən 5 futbolçunun heyətdə saxlanılması ilə bağlı qərar verib.

Admir Teli, İlqar Qurbanov, Namiq Yusifov və Hacı Əhmədov Qurban Qurbanovun “Qarabağ”da saxlamaq istədiyi futbolçulardır. Lakin mövcud maliyyə durumu ilə əlaqədar bu futbolçulara əvvəl aldıqlarından daha az məbləğdə maaş təklif olunub.

Qeyd edək ki, bu futbolçular yaxın günlərdə öz qərarlarını açıqlamalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm