Arda İbrahimoviçin formasını kimə bağışladı? - FOTO
Bizi izləyin

İdman

Arda İbrahimoviçin formasını kimə bağışladı? - FOTO

Arda İbrahimoviçin formasını kimə bağışladı?-FOTO

Dünən Türkiyə millisi yoldaşlıq görüşü çərçivəsində Ankarada İsveçi qəbul etdi.

Publika.az xəbər verir ki, matçın ilk hissəsi başa çatan kimi Arda Turan Zlatan İbrahimoviçə yaxınlaşaraq ondan formasını istəyib.

Matç başa çatdıqdan sonra məlum olub ki, Arda İbranın formasını özü üçün istəmirmiş. Belə ki, qarşılaşmadan əvvəl tanınmış idman şərhçisi Burcu Əsmərsoy Ardadan İbrahimoviçin formasını alıb, ona bağışlamasını xahiş edib.

Arda da xanımın xahişini yerə salmayaraq, matçdan sonra ulduz futbolçunun formasını ona təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm