32 milyon dollarlıq “Arzuların Liqası” – Yaxın duran yoxdur
Bizi izləyin

İdman

32 milyon dollarlıq “Arzuların Liqası” – Yaxın duran yoxdur

FİFA-nın tarixinə həsr olunmuş “Arzuların Liqası” filmi ABŞ kinoteatrlarında nümayiş olunub.

Publika.az xəbər verir ki, ABŞ-da bu filmə demək olar ki, maraq olmayıb. Üç gün ərzində filmin nümayişindən cəmi 607 dollar toplanıb. Finiksdəki kinoteatrda filmin nümayişini cəmi bir nəfər izləyib. İyunun 5-də Nyu-York, Vaşinqton, Finiks, Los-Anceles, Kanzas-Siti, Mayami, Hyuston, Dallas və Filadelfiyada nümayiş olunan filmdən cəmi 319 dollar toplanıb.

Bir gün sonra isə filmin nümayişi daha az, cəmi 288 dollar gəlir gətirib. Filmdə əsas rolları məşhur aktyorlar ifa ediblər. FİFA prezidenti Zepp Blatter rolunda Tim Rot oynayıb. Sem Nil isə Blatterin sələfi Joao Avelanjı canlandırıb.

Jerar Depardye isə federasiyanın yaradıcısı Jül Rime rolunda çəkilib. Filmin büdcəsi 25-32 milyon dollar civarında dəyərləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm