• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Baku United” üçüncü dəfə İngiltərə çempionu olub

  • İdman
  • 9 İyun 2015 15:58
  • 434 Baxış
“Baku United” üçüncü dəfə İngiltərə çempionu olub

Böyük Britaniyada fəaliyyət göstərən “Baku United” klubu ardıcıl olaraq üçüncü dəfə futzal üzrə İngiltərə çempionatının qalibi olub. Beləliklə, İngiltərəni UEFA Futzal Kubokunda yenə də məhz Bakının adını daşıyan komanda təmsil edəcək.

Publika.az xəbər verir ki, “Odlar Yurdu” təşkilatının təsisçisi olduğu “Baku United” artıq üç mövsümdür İngiltərə milli çempionatını qələbə ilə başa vurur. Çempionatın ilkin və pley-off mərhələlərində “bakılılar” bütün oyunlarda qalib gəlib, rəqib qapılarından 241 qol vuraraq, öz qapısında mövsüm ərzində cəmi 19 qol görüb.

“Grand Final” adlanan çempionatın yarımfinal və final mərhələsi isə futbol üzrə İngiltərə milli komandasının yeni istifadəyə verilmiş məşhur “Saint George’s” mərkəzində keçirilib. İngiltərə çempionu adı uğrunda “Baku United”lə yanaşı “Oxford United”, “Birmingem” FK və “Baltika” klubları mübarizə aparıb.

Yarımfinalda “bakılılar” “Baltika” komandasını darmadağın edərək 6:0 hesabı ilə qələbə qazanıb. Finalda isə komandamız bu mövsümün sürpriz komandası olan iddialı “Birmingem”lə qarşılaşıb. Oyunun əvvəlində rəqib komanda müqavimət göstərməyə çalışsa da, sonradan “bakılılar” oyunun tempini artıraraq rəqib qapısından beş cavabsız top keçiriblər. Diqqətəlayiq haldır ki, bu qollardan birini “Baku United” akademiyasının yetirməsi gənc Liam vurub.

Son iki mövsümdə UEFA reytinqində ən çox irəliləyən komanda olan “Baku United” Avropa kubokundakı yarışı bu dəfə kvalifikasiya raundundan deyil, birbaşa əsas mərhələdən başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR