Bədavi Hüseynovun qiyməti 1 milyon avrodur
Bizi izləyin

İdman

Bədavi Hüseynovun qiyməti 1 milyon avrodur

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Bədavi Hüseynovu transfer siyahısına daxil edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə Ağdam klubunun rəhbərliyi ilə danışıqlara başlanılıb. Lakin "Qarabağ" B.Hüseynova 1 milyon avro qiymət qoyub. Hazırda iki klub arasında danışıqlar gedir.

Qeyd edək ki, Bədavi Hüseynov hazırda Azərbaycan milli komandasının düşərgəsində iyunun 12-də Norveçlə Osloda keçiriləcək AÇ-2016-nın seçmə qrup matçına hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm