• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Kəpəz” iddialı qayıdır - Yada düşər xatirələr - FOTOLAR

  • İdman
  • 11 İyun 2015 01:22
  • 1 104 Baxış
“Kəpəz” iddialı qayıdır - Yada düşər xatirələr - FOTOLAR

Azərbaycanın ən köklü və ən titullu ikinci klubu elitaya möhtəşəm dönüşə hazırlaşır. “Kəpəz” azarkeşləri heç vaxt olmadığı qədər ümidlidir. Şəhər meriyasının, avtomobil, alüminum və şərab zavodlarının, həmçinin SOCAR-ın dəstəyini alan Gəncə təmsilçisinin iddiasını bərpa edəcəyi şübhə doğurmur.

Baş məşqçi postuna ölkənin sayılıb-seçilən mütəxəssislərindən biri Şahin Diniyev gətirilib. Bəxtiyar Soltanov, Rauf Əliyev, Nizami Hacıyev, Şəhriyar Əliyev, Tərlan Quliyev, Branimir Subaşiç kimi futbolçularla anlaşıldığı söylənilir. Bura heyətə sonradan cəlb ediləcək legionerləri də əlavə etsək, doğrudan da heç də pis mənzərə yaranmır. Odur ki, Azərbaycan çempionatının azarkeş rekordlarının müəllifi olan gəncəli tərəfdarların əhval-ruhiyyəsi yerindədir. Biz isə öz növbəmizdə “Kəpəz”in müstəqillik dövründə ən qüdrətli vaxtını yada salmağı, onların əhvalını bir qədər də yüksəltməyi özümüzə borc bildik.

Gəncəlilər 1998-ci ildə mövsüm ərzində heç bir oyunda məğlub olmayaraq, çempion tituluna və ölkə kubokuna sahib çıxmış, “qızıl dubl” etmişdilər. Gəncə stadionunda Çempionlar Liqası matçı keçirilmişdi.

Publika.az kubokun finalında “Qarabağ”a və avrokuboklarda Polşanın LKS klubuna qarşı oyunlardan çəkilmiş fotoları oxuculara təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR