Avropa çempionu: “Oyunlarda azarkeşlərin dəstəyinə ehtiyacımız var”
Bizi izləyin

İdman

Avropa çempionu: “Oyunlarda azarkeşlərin dəstəyinə ehtiyacımız var”

Avropa Oyunlarının başlamasına cəmi 2 gün qalıb. Bu mötəbər yarışda iştirak edəcək idmançılarımızın da siyahısı bəllidir.

İlk Avropa Oyunlarında çıxış edəcək idmançılardan biri də Hacı Əliyevdir. Sərbəst güləşçi bu mötəbər turnirdə 61 kq çəki dərəcəsində mübarizə aparacaq. Onun İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında medal qazanacağına ümidlər böyükdür. Elə onun özü də medal qazanmaq üçün əlindən gələni edəcəyini deyir.

Publika.az-a danışan Avropa çempionumuz bildirib ki, medal qazanmaq üçün azarkeşlərin dəstəyinə böyük ehtiyac var: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Mən də qürur hissi keçirirəm ki, bu cür mötəbər turnirin iştirakçısı olacam. Bütün azərbaycanlıları biz idmançılara dəstək olmağa çağırıram.

Dövlətimiz tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Bizə göstərilən bu etimadı layiqincə doğrultmaq üçün çalışacağıq. Təbii ki, doğma divarlar arasında qələbə qazanmaq üçün azarkeşlərimizin fəal dəstəyi önəmlidir. Əlbəttə, mən də ölkəmizi layiqincə təmsil edib mükafatçılar sırasında yer almağa çalışacağam”.

Qeyd edək ki, İyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq güləş yarışlarında ölkəmiz tam heyətlə çıxış edəcək. Yunan-Roma güləşində ölkəmizi Rafiq Hüseynov (80 kq), Həsən Əliyev (66 kq), Elman Muxtarov (59 kq), Elvin Mürsəliyev (75 kq), Təhmasebi Saman (85 kq), Orxan Nuriyev (98 kq), Şəriəti Sabah (130 kq), Rəsul Çunayev (71 kq), sərbəst güləşdə Cəbrayıl Həsənov (74 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (70 kq), Yaşar Əliyev (57 kq), Ruslan Dibirqadjiyev (70 kq), Xetaq Qazyumov (97 kq), Camaladdin Maqomedov (125 kq), Nurmaqomed Qadjiyev (86 kq), qadın güləşində Mariya Stadnik (48 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (55 kq), Natalya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova (75 kq) təmsil edəcəklər.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm