“Beşiktaş”da yeni baş məşqçi
Bizi izləyin

İdman

“Beşiktaş”da yeni baş məşqçi

Slaven Biliçin komandadan ayrılmasından sonra baş məşqçisiz qalan “Beşiktaş” yeni çalışdırıcı tapıb.

Publika.az xəbər verir ki, “Ağ-qaralar” Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşlə danışıqlar aparır. Türkiyə mətbuatında yazılanlara görə artıq bu gün çalışdırıcıyla 1+1 illik müqavilə imzalanacaq.

Şenol Günəş bu günə qədər Türkiyə millisiylə yanaşı, “Boluspor”, “Trabzonspor”, “Antalyaspor”, “İstanbulspor”, “Sakaryaspor” və “Seul”un (Cənubi Koreya) da “sükanı arxasında” olub. Məşqçinin son iş yeri isə “Bursaspor” olub. “Timsahlar” onun rəhbərliyi altında 2014/15 mövsümünü 57 xalla 6-cı pillədə başa vurub.

Şenol Günəş 2002-ci ildə Cənubi Koreya və Yaponiyada təşkil edilən dünya çempionatında Türkiyə millisinə bürünc medal qazandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm