Gözəlliyi və oyunu ilə hamını heyrətləndirən gözəllərin FOTOLARI
Bizi izləyin

İdman

Gözəlliyi və oyunu ilə hamını heyrətləndirən gözəllərin FOTOLARI

Hələ ki klub futbolunda istirahətdir. Ancaq azarkeşlərin darıxması üçün heç bir əsas yoxdur. Niyə? Ona görə ki, Kanadada qadınlar arasında dünya çempionatı keçirilir. Zövqlü azarkeşlərin bütün diqqəti ora yönəlib. Orda hər şey var: gözəllik də, gözəl oyun da.

Xanımlar çoxdan futbol oynaya bildiklərini sübut ediblər. Özü də gözəl futbol. Onlar təkcə gözəllikləri ilə yox, meydanda göstərdikləri texnika, vurduqları qollarla da diqqəti cəlb edə bilirlər. Bir sözlə, qadınların oyununda gözəllik gözəlliyə qarışır.

İndi bu gözəllər Kanadada azarkeşlərə gözəllik bəxş edir.

Publika.az Kanadada keçirilən dünya çempionatında iştirak edən qadın futbolçulardan bir neçəsini oxuculara tanıtmağa qərar verib. Gözəlliyi və oyunu ilə hamını heyrətləndirən gözəlləri.

Marta (Braziliya) - Dünyanın ən güclü futbolçularından biri. 2006 və 2010-cu ildə “Qızıl top”un sahibi. O, ayda bilirsiz nə qədər məvacib alır? 400 min dollar. Marta dünya çempionatlarının ən yaxşı bombardiridir. Amma bütün bunlara rəğmən, hələ də dünya çempionu ola bilməyib.

Ebbi Uombak (ABŞ) - ABŞ millisinin ən yaxşı bombardiri. 243 oyunda 182 qol vurub ey... Özü də ikiqat olimpiya çempionudur. Boy-buxununa da söz ola bilməz.

Aleks Morqan (ABŞ) - Amerikalı dünyanın ən gözəl futbolçusu hesab olunur. Həm də futbolu da gözəl oynayır. Morqan Kanadada keçirilən dünya çempionatına zədəli halda gəlib.

Xoup Solo (ABŞ) - Bir neçə dəfə dünyanın ən yaxşı qapıçısı seçilib. Amma son vaxtlar o, məişət zorakılığında ittiham olunur.

Kristina Sinkleyr (Kanada) - Dünya çempionatına ev sahibliyi edən ölkə indi bu qızın ustalığına bel bağlayır.

Viviane Midemu (Hollandiya) - 18 yaşlı bu qız dünyanın ən istedadlı gənc futbolçularından hesab olunur. Onu “yubkalı Robben” adlandırırlar.

Seliya Şaşiç (Almaniya) - Almaniya millisinin hücumda əsas ümidi. Atası kamerunlu, anası fransızdır. Həyat yoldaşı isə xorvatdır. Elə onun da soyadını götürüb. Son iki mövsümdə Almaniya Bundesliqasının bombardiri olub.

Veronika Bokete (İspaniya) - İspaniyanın qadın futbolçuları hələ ki, kişilər qədər güclü deyillər. Amma hələ ki... İspanlar Veronikaya böyük ümid bəsləyirlər.

Luiza Nesib (Fransa) - “Lion”un heyətində iki dəfə Çempionlar Liqasının qalibi olub. İndi isə Fransa millisiylə titul qazanmaq istəyir.

Eniolu Aluko (İngiltərə) - O, dünyanın ən sürətli qadın futbolçularından hesab olunur. Eniolunu Raxim Sterlinqlə müqayisə edirlər.

Xomare Sava (Yaponiya) - Ötən dünya çempionatına damğa vuran futbolçu. Dünya çempionluğunu qazandı, ən yaxşı bombardir oldu, ən yaxşı futbolçu seçildi.

Lotta Şelin (İsveç) - İsveçin qadın futbolçuları kişilərdən daha güclüdür. Qadın yığmasının da İbrası var - superhücumçu Lotta Şelin.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm