Çunayev qələb sevincini belə ifadə etdi - VİDEO/FOTOLAR
Bizi izləyin

İdman

Çunayev qələb sevincini belə ifadə etdi - VİDEO/FOTOLAR

İlk Avropa Oyunlarında Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində final görüşünə çıxan təmsilçimiz Rəsul Çunayev macar Balint Korpası ilə mübarizə aparıb.

Güləşçimiz inamlı oyun nümayiş etdirib və rəqibini 3:1 hesabı ilə məğlub edib. Final görüşünü ölkə başçısı İlham Əliyevlə xanımı Mehriban Əliyeva da canlı izləyib.

Bununla Rəsul Çunayev güləşdə millimizin ilk qızılını qazanıb. Qələbədən sonra Çunayev Azərbaycan bayrağını götürərək meydanda dövrə vurub. Daha sonra prezident, Ali Baş komandan İlham Əliyevə hərbi salam verib.

Aygün
















Oxumağa davam et
Reklam
Reklam

Gündəm