Rəsul Çunayev danışdı: Mən bir əsgərəm - FOTO
Bizi izləyin

İdman

Rəsul Çunayev danışdı: Mən bir əsgərəm - FOTO

Avropa Oyunlarında Azərbaycana növbəti qızıl medalı qazandıran Yunan-Roma üzrə 71 kq-da mübarizə aparan idmançımız Rəsul Çunayev sevincini mətbuatla bölüşüb.

Publika.az xəbər verir ki, idmançımız vətənində qızıl medalı kimsəyə verməmək üçün var gücü ilə güləşdiyini bildirib:

"Finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşıbmışdıq, 2 dəfə mən qalib gəlmişdim, 2 dəfə də o. O, ötən dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim, nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyildim və buna da nail oldum.

İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Onunla da indiyədək 4 dəfə qarşılaşmışdıq. Onun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısına asanlıqla qələbə qazandım. Finalda da qalib gəldim. Dediyim kimi xəstə idim. Bu səbəbdən birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki, 8:0 olmalıdır. Hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum. Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi medal gətirirəm. Bu qələbəni bunda əməyi olan bütün insanlara, başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr edirəm. Başda cənab prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm